40 kq çəki dərəcəsində çıxış edən Gülxanım Şirinova Bakıda keçirilən U17 dünya çempionatında təsəlliverici görüşə qatılıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, o, Monqolustan təmsilçisi Azzaya Battulqa ilə üz-üzə gəlib.
Görüş G.Şirinovanın üstünlüyü ilə başa çatıb. Təmsilçimiz rəqibini vaxtından əvvəl 10:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Gülxanım Şirinova 1/4 final mərhələsində Tunis idmançısı Tasmin Athimniyə uduzmuşdu.
