Şamaxı rayonunda ailə-məişət mübahisəsi qanlı hadisə ilə nəticələnib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 37 yaşlı Anar Ağayev mübahisə zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
