İlkinxeber.az informasiya agentliyi məlumat verir Ucar rayonunun Qarabörk kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, yük maşını yol kənarında dayanan “Chevrolet Cobalt” markalı minik avtomobilinə çırpılıb. Toqquşmanın gücündən minik avtomobili kənarda dayanan iki piyadanı vurub.
Hadisə nəticəsində piyadalardan biri – 33 yaşlı Məmmədov İsa Rüfət oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan 24 yaşlı Quliyev Yusif Xudaya oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Minik avtomobilinin sürücüsü və digər sərnişinlər müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
