Ağstafada gənc oğlan onu döyən tanışından qisas alıb
Ağstafa rayonunda baş verən hadisə diqqət çəkib. İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb.
Məlumata görə, 20 yaşlı Musa Əzizov bir neçə gün əvvəl onu döydüyü bildirilən tanışını barışıq bəhanəsi ilə evinə dəvət edib. Birlikdə vaxt keçirdikdən sonra Musa Əzizov, atası və əmisi oğlu həmin şəxsi döyərək kəndirlə bağlayıb və ona işgəncə veriblər. Daha sonra zərərçəkən meşəlik əraziyə aparılaraq orada tərk edilib.
Faktla bağlı hər üç şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmənin qərarına əsasən, Musa Əzizov 3 il 6 ay, atası 1 il 6 ay, əmisi oğlu isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
