Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Mədəniyyət Nazirliyi açıqlama yayıb.
Məlumata görə, Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. O, 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib və burada ikiillik Ali Ədəbiyyat kurslarında da təhsilini davam etdirib.
