SSRİ bayraqları ilə yürüşə cəhd edən şəxslərlə bağlı məhkəmə hökm çıxarıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə ilə əlaqədar saxlanılan şəxslərdən biri “Səs” qəzetinin əməkdaşı və sosioloq kimi tanınan Elçin Bayramlıdır.
Məhkəmənin qərarına əsasən, Elçin Bayramlı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məsələ ilə bağlı onun həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə əlaqə saxlanılsa da, o, hadisə barədə açıqlama vermək istəmədiyini bildirib.
Məlumata görə, Elçin Bayramlı son dövrlərdə ictimai-siyasi mövzularla bağlı səsləndirdiyi qalmaqallı fikirlərlə tez-tez gündəmə gəlirdi. O, müxtəlif çıxışlarında Sovet rejiminin bəzi müsbət cəhətlərini vurğulayırdı.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, digər təqsirləndirilən şəxslər – İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
