By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Rekord istilər nəticəsində 80 illik gəmilər üzə çıxdı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Rekord istilər nəticəsində 80 illik gəmilər üzə çıxdı
Dünya

Rekord istilər nəticəsində 80 illik gəmilər üzə çıxdı

Lamiyə Turqay
Last updated: Avqust 3, 2026 4:55 səhər
By Lamiyə Turqay
1 Min Read
Share
SHARE

İkinci Dünya müharibəsi dövrünə aid batırılmış alman hərbi gəmiləri Dunay çayında suyun səviyyəsinin azalması nəticəsində yenidən üzə çıxıb.

İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə Serbiyanın Prahovo yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Avropada davam edən isti hava şəraiti və quraqlıq səbəbindən çayda suyun səviyyəsi xeyli aşağı düşüb. Bu hal Serbiya və Xorvatiyada rekord göstəricilərlə müşahidə olunub və nəticədə uzun illər əvvəl batmış gəmilər görünməyə başlayıb.

Məlumata görə, aprel ayına qədər mütəxəssislər Dunayın dibindən yeddi gəmini çıxarıblar, səkkizinci gəminin çıxarılması istiqamətində isə hazırlıq işləri davam edir. İşlərə başlamazdan öncə dalğıclar və istehkamçılar tərəfindən gəmi qalıqları yoxlanılır. Çünki onların daxilində mina və digər partlamamış sursatların qalması ehtimalı var.

Bəzi iri qalıqlar tam şəkildə çıxarılmayıb, hissələrə ayrılıb və ya gəmiçiliyə mane olmaması üçün daha dərin sahələrə köçürülüb.

Prahovo ətrafında Dunayın təmizlənməsi məqsədilə Avropa Komissiyası tərəfindən 16,5 milyon avro qrant ayrılıb. Bundan əlavə, layihəyə Avropa İnvestisiya Bankı tərəfindən təxminən 14 milyon avro vəsait yönəldilib. Layihənin ilkin mərhələsində 21 gəminin çıxarılması planlaşdırılır. Ümumilikdə isə həmin ərazidə çayın dibində 200-ə yaxın gəmi qalıqlarının olduğu ehtimal edilir.

Qeyd edək ki, bu gəmilər Almaniya donanmasına məxsus olub və 1944-cü ildə alman qoşunları Kladovo istiqamətində geri çəkilərkən onların sovet ordusunun əlinə keçməməsi üçün qəsdən batırılıb.

Azərbaycanlı sevgilisi ilə dalaşan qız özünü binadan atdı.
Marneulidə restoran sahibi qəza nəticəsində öldü
Tramp Rusiya ilə razılaşma istəyir
Ukrayna cəbhəsində 450 erməni separatçısı məhv edilib
Prezident : Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir
Share This Article
Facebook Email Print
Previous Article Yürüşə cəhd edən jurnalist həbs olundu
Next Article “Qisas” antiterror əməliyyatından dörd il keçir
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?