Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldo ilə Corcina Rodrigezin illərdir gözlənilən toy mərasiminin bəzi detalları açıqlanıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, cütlük artıq toy hazırlıqlarında son mərhələyə çatıb.
Məlumata görə, təntənəli mərasim avqustun 8-də Ronaldonun doğulub boya-başa çatdığı Madeyra adasında keçiriləcək. Tədbirə dünya idmanının ən tanınmış simaları, o cümlədən Lionel Messi, Neymar, sabiq UFC çempionu Həbib Nurməhəmmədov və Konor Makqreqor dəvət olunub.
Bununla yanaşı, mərasimdə məşhur musiqiçilər Dreyk, Rihanna, Cennifer Lopez, tanınmış bloger “IShowSpeed” və teleaparıcı Pirs Morqanın da iştirak edəcəyi gözlənilir.
Qeyd olunur ki, rəsmi nikah mərasimi Funşal Kafedralında baş tutacaq, bundan sonra isə beşulduzlu hotellərdən birində möhtəşəm ziyafət təşkil ediləcək.
Xatırladaq ki, 2016-cı ildən münasibətdə olan Ronaldo və Corcina cütlüyünün 5 övladı var.
