ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Milli Hidrometeorologiya Xidməti avqustun 6-da Bakıda, Abşeron yarımadasında və ölkənin bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib.
Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Naxçıvan Muxtar Respublikası, Goranboy, Daşkəsən, Naftalan, Qobustan, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Yevlax, Bərdə, Mingəçevir, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan və Hacıqabul rayonlarında isə cənub-şərq küləyi müşahidə olunacaq.
Proqnoza görə, qeyd olunan ərazilərdə küləyin sürəti 13,9–20,7 metr/saniyə arasında dəyişəcək. Xidmət vətəndaşlara küləkli hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağı tövsiyə edir.
