Tərtərdə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Tərtər şəhərində qeydə alınıb.
Baş verən yanğın zamanı evdə olan Əsgər Vəli oğlu Səmədov və Adilə Soltan qızı Hüseynova həyatını itirib. Məlumata görə, dünyasını dəyişən şəxslər ər-arvad olublar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
