Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
İlkinxeber.az İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamına əsasən, Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
