Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) yüksək nəticə göstərən abituriyentlər üçün yeni təşviq mexanizmi tətbiq edir.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, 600 və daha yüksək bal toplayaraq ADPU-nu seçən ilk 10 tələbə təhsilin birinci ilinin ilk semestri ərzində aylıq 200 AZN məbləğində “UĞUR” adlı xüsusi təqaüdlə təmin olunacaq.
Universitetdən verilən məlumata görə, bu proqram “Firudin bəy Köçərli” təqaüdünü (1 il müddətində aylıq 125 AZN) qazanan ən yüksək ballı tələbədən sonrakı göstəricilərə malik abituriyentlərə şamil edilir. Yəni, 600+ bal toplayan və ADPU-ya qəbul olunan ilk 10 nəfər bu imkandan yararlana biləcək.
Qeyd edək ki, “UĞUR” təqaüdü tələbələrin akademik uğurlarını stimullaşdırmaq və universitetə yüksək nəticəli gəncləri cəlb etmək məqsədi daşıyır.
