İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İndoneziyanın Bali adası sahillərində sərnişin gəmisində yanğın hadisəsi baş verib.
Məlumata görə, hadisə zamanı gəminin göyərtəsində 114 sərnişin və 17 ekipaj üzvü olub. Yanğının sürətlə yayılmasından sonra sərnişinlərin bir qisminin xilas olmaq üçün dənizə tullanmağa məcbur qaldığı bildirilir.
Hadisə yerinə xilasedici və aidiyyəti xidmətlərin cəlb olunduğu qeyd edilir. Yaralananların olub-olmaması və yanğının səbəbləri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
