İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev Azərbaycanın diplomatik nümayəndəlikləri ilə bağlı bir sıra sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eləcə də Danimarka, Finlandiya və Norveç krallıqlarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
