İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Danimarkanın Orhus şəhərində Rusiya Prezidenti Vladimir Putinin büstü naməlum şəxslər tərəfindən vandalizmə məruz qalıb.
İlkin məlumata görə, büstün başı kəsilərək oğurlanıb. Hadisə heykəlin şəhərdə quraşdırılmasından cəmi bir neçə saat sonra baş verib.
Büst Orhus Universitetinin parkında ictimai layihə çərçivəsində nümayiş etdirilib. Layihənin məqsədi dünyada siyasi, iqtisadi və mədəni təsirə malik şəxslər ətrafında ictimai müzakirələr yaratmaq olub.
Hazırda Putinin büstündən oğurlanan başın harada olduğu məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
