Türkiyənin cənub-qərbində turist gəmisində yanğın baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Sahil Mühafizəsi və dəniz polisi qüvvələri cəlb olunub.
Xilasedicilərin müdaxiləsi nəticəsində gəmidə olan 107 sərnişinin hamısı təhlükəsiz şəkildə təxliyə edilib.
Hazırda gəmidə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
