İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ötən gecə Bakının Suraxanı rayonu ərazisində, Aeroport şossesi kimi tanınan yolda yol-nəqliyyat hadisəsi baş verib.
150 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusla “Opel” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
