Quba rayonunda 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, iyulun 14-də Səbinə Əmrahova ev şəraitində antibiotik tərkibli preparatın inyeksiya olunmasından sonra səhhətində ciddi pisləşmə müşahidə edilib. O, dərhal tibb müəssisəsinə yerləşdirilsə də, iyulun 15-də müalicə aldığı xəstəxanada həm özü, həm də bətnindəki döl həyatını itirib.
Hazırda hadisənin başvermə şəraiti, ölümün dəqiq səbəbləri, göstərilmiş tibbi yardımın həcmi və digər mühüm məqamlar qanunvericiliyin tələblərinə uyğun şəkildə hərtərəfli və obyektiv araşdırılır.
