İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Tovuz rayonunda güclü yağışdan sonra gələn sel ciddi fəsadlara səbəb olub.
Güclü sel Zəyəm çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
İlkin məlumata görə, körpünün dağılması zamanı xəsarət alan olmayıb. Hazırda ərazidə yaranmış vəziyyətlə bağlı müvafiq tədbirlər görülür.
