İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Daxili İşlər Nazirliyi (DİN) son günlər “WhatsApp” və sosial şəbəkələrdə vətəndaşların adına saxta hesabların yaradılması ilə bağlı halların artdığını açıqlayıb.
Məlumata görə, kiberdələduzlar tanınmış şəxslərin ad, foto və digər məlumatlarından istifadə edərək saxta profillər yaradır, onların yaxınları və tanışları ilə əlaqə saxlayaraq müxtəlif bəhanələrlə pul tələb edirlər.
DİN vətəndaşları belə mesajlara qarşı diqqətli olmağa, xüsusilə pul vəsaiti tələb edilən şübhəli müraciətlərin doğruluğunu həmin şəxslə birbaşa əlaqə saxlayaraq yoxlamağa çağırıb.
Nazirlik qeyd edib ki, tanış şəxsin adından gələn hər mesaja dərhal inanmaq və pul göndərmək olmaz.
