İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kiberdələduzluq faktları ilə bağlı əməliyyat keçirib.
Əməliyyat nəticəsində 8 nəfər saxlanılıb. Araşdırmalar zamanı onların xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmalara 2 mindən çox bank kartı və elektron mobil nömrə təqdim etdikləri müəyyənləşdirilib.
Məlumata görə, həmin kart və mobil nömrələrin bir qismi qanunsuz onlayn qumar və kazino oyunlarında istifadə olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir. DİN vətəndaşlara bank kartı və mobil nömrə məlumatlarını üçüncü şəxslərə verməməyi, bu cür hallara qarşı diqqətli olmağı tövsiyə edir.
