İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən stadionda faciəvi hadisə baş verib.
1999-cu il təvəllüdlü Bakı şəhər sakini Xəyal Xaliq oğlu İbadov futbol oynadığı zaman qəfil dünyasını dəyişib. İlkin məlumata görə, onun ölümünə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırma Xəzər Rayon Prokurorluğu tərəfindən aparılır.
