İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, metroda aparılan tikinti işləri ilə əlaqədar sərnişinlərin bəzi istiqamətlər üzrə hərəkətində məhdudiyyət yaranıb.
“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, sərnişinlər:
“Dərnəgül” stansiyasından “Həzi Aslanov” və “İçərişəhər”;
“Həzi Aslanov” stansiyasından “Dərnəgül”;
“İçərişəhər” stansiyasından “Dərnəgül”
istiqamətlərində metro ilə hərəkət edə bilmirlər.
Digər istiqamətlər üzrə qatarların hərəkəti davam edir. Sərnişinlər “Həzi Aslanov – İçərişəhər” və “Cəfər Cabbarlı – Xətai” istiqamətlərindən istifadə edə bilərlər.
Həmçinin Yaşıl xəttin “Memar Əcəmi” stansiyasından Bənövşəyi xəttə keçid mümkündür.
