Abşeron rayonunda qətl hadisəsi ilə bağlı iki nəfər saxlanılıb.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil veriliblər.
Xatırladaq ki, ötən gecə Xırdalan şəhərinin Yusif Məmmədəliyev küçəsində 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
