Xocavənd rayonunun işğaldan azad edilmiş Düdükçü kəndi ərazisində mina hadisəsi baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Ramal Qiyas oğlu Şirinovun idarə etdiyi traktor minaya düşüb. Hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
Aidiyyəti qurumlar bir daha vətəndaşlara mina təhlükəsi olan ərazilərə daxil olmamağı, xəbərdarlıq və təhlükəsizlik nişanlarına diqqətlə yanaşmağı, şübhəli əşyalara toxunmamağı və çəpərlənmiş ərazilərə müdaxilə etməməyi tövsiyə edib.
