İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, Rüfət Səfərov daha əvvəl 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2024-cü il dekabrın 3-də saxlanılıb.
İttihama əsasən, Səfərov Novxanıda bağ sahəsini satmaq vədi ilə Natiq İmanquliyevdən 60 min manatdan çox pul alıb. Lakin sonradan vədinə əməl etməyib. Tərəflər arasında yaranan mübahisə zamanı İmanquliyevin xəsarət aldığı bildirilir.
Rüfət Səfərova Cinayət Məcəlləsinin xuliqanlıq, qəsdən sağlamlığa az ağır zərər vurma və külli miqdarda ziyan vurmaqla dələduzluq maddələri ilə ittiham irəli sürülüb.
