ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında mina qoyulmasına qarşı “sıfır dözüm siyasəti” elan edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ liderinin sözlərinə görə, Hörmüz boğazının beynəlxalq sularında mövcud olan minalar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ya çıxarılıb, ya da partladılıb.
Tramp bildirib ki, boğaza yeni mina yerləşdirəcək hər hansı gəmi və ya qayığın dərhal və sistemli şəkildə məhv ediləcəyi barədə xəbərdarlıq edilib.
“Mina qoyulmasına qarşı sıfır dözüm siyasəti tam qüvvədədir”, deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, ABŞ Kosmik Qüvvələri Hörmüz boğazını, Kolanq Qaz La dağını və İranda daha əvvəl məhv edilmiş üç nüvə obyektini hərtərəfli müşahidə edir.
Xatırladaq ki, 2025-ci ilin iyununda ABŞ İranın İsfahan, Natanz və Fordo şəhərlərində yerləşən nüvə obyektlərinə zərbələr endirmişdi.
