By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Qəbul ola bilməyən abituriyentlər üçün şərtlər açıqlandı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Qəbul ola bilməyən abituriyentlər üçün şərtlər açıqlandı
Ölkə

Qəbul ola bilməyən abituriyentlər üçün şərtlər açıqlandı

Lamiyə Turqay
Last updated: Avqust 28, 2026 4:16 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, IV ixtisas qrupu üzrə yüksək nəticə göstərməsinə baxmayaraq ali məktəblərə qəbul ola bilməyən bəzi abituriyentlər üçün hərbi tibb və hərbi mühəndislik istiqamətlərində əlavə imkan yaradılıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, bu il IV ixtisas qrupu, xüsusilə də tibb ixtisasları üzrə yüksək rəqabətlə yadda qalıb. Nəticədə 600-dən çox bal toplayan bəzi abituriyentlər belə arzuladıqları mülki ixtisaslara qəbul ola bilməyiblər.

Onun sözlərinə görə, aidiyyəti hərbi qurumla aparılan müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranan əlavə yerlərə müəyyən tələblərə cavab verən yüksək nəticəli IV qrup abituriyentlərinin müraciət etməsinə şərait yaradılması nəzərdə tutulur.

Hərbi tibb üzrə təhsil almaq istəyən namizədlərin tibbi müayinədən keçməsi isə yeni tələb deyil. Bu şərt əvvəlki illərdə də hərbi tibb ixtisaslarına qəbul zamanı tətbiq olunub.

Bundan əlavə, hərbi mühəndislik istiqamətlərində boş qalan yerlər üçün də IV ixtisas qrupu abituriyentlərinə müraciət imkanı veriləcək. IV qrup üzrə 450 və daha yüksək bal toplayan və müəyyən edilmiş tələblərə cavab verən namizədlər həmin yerlərə müraciət edə biləcəklər.

Məleykə Abbaszadə qeyd edib ki, namizədlərin buraxılış imtahanında riyaziyyat, IV qrup üzrə qəbul imtahanında isə fizika və kimya fənlərindən nəticələri mövcuddur. Bu da onların hərbi mühəndislik proqramları üçün zəruri hazırlığının qiymətləndirilməsinə imkan verir.

Qəbul şərtləri, tibbi müayinə və digər tələblər, eləcə də müraciət qaydası aidiyyəti hərbi qurum tərəfindən rəsmi şəkildə açıqlanacaq.

DİM sədri xüsusi vurğulayıb ki, bu imkan müsabiqə nəticələrinin dəyişdirilməsi və ya hər hansı abituriyentə fərdi üstünlük verilməsi anlamına gəlmir. Əlavə yerlərlə bağlı məlumat bütün uyğun namizədlər üçün açıq şəkildə elan ediləcək.

Eyni zamanda, Məleykə Abbaszadə gənclərə xəbərdarlıq edib ki, hərbi tibb və hərbi mühəndislik yalnız ali məktəbə qəbul üçün alternativ seçim kimi nəzərdən keçirilməməlidir. Bu istiqamətləri seçmək həm də gələcək peşə ilə yanaşı, hərbi xidmət yolunu seçmək deməkdir.

Bu səbəbdən sözügedən imkanlardan yalnız hərbi sahəyə real marağı olan və gələcəyini hərbi peşə və xidmətlə əlaqələndirməyə hazır olan gənclərin yararlanması tövsiyə olunur.

Ölkədə qeyri-sabit hava: Dağ çaylarında daşqın ehtimalı
Polad Həşimov və İlqar Mirzəyev anılır – 6 il ötür
Parlamentin son iclası: Tarix məlum oldu
Metroya alternativ olaraq hansı marşrut açılır?
TƏBİB-in rəhbərliyində yeni dəyişiklik: Rəna Məmmədova müşavir təyin edildi
Share This Article
Facebook Email Print
Previous Article Abşeronda 35 yaşlı piyada vurularaq öldü – sürücü azyaşlı imiş
Next Article Nepalda daşqınların fəsadları ağırlaşır
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?