By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İlkin Şakiroğlu yazır – 17 yaşında bir qızın sığınacağa qaçması bizə nə deyir?
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > İlkin Şakiroğlu yazır – 17 yaşında bir qızın sığınacağa qaçması bizə nə deyir?
Ölkə

İlkin Şakiroğlu yazır – 17 yaşında bir qızın sığınacağa qaçması bizə nə deyir?

Lamiyə Turqay
Last updated: Sentyabr 1, 2026 11:41 səhər
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Bir qız düşünün…
Hələ həyatının başlanğıcındadır. Qarşısında məktəb, universitet, peşə, arzular, sevdiyi həyat və qurmaq istədiyi gələcək var. Amma onun yerinə başqaları qərar verir. Kimlə evlənəcəyinə, nə vaxt evdən gedəcəyinə, necə yaşayacağına başqaları hökm edir.
Və bir gün həmin qız öz evindən qaçıb sığınacağa üz tutur.
Bu yaxınlarda məcburi evləndirilmək istənilən 17 yaşlı qızın sığınacağa müraciət etməsi cəmiyyətdə ciddi suallar doğurmalıdır. Çünki burada söhbət sadəcə bir ailə mübahisəsindən getmir. Söhbət bir insanın iradəsinin, azadlığının və gələcəyinin əlindən alınmasından gedir.
17 yaşlı qızın sığınacağa qaçması əslində bir fəryaddır.
O qız demək istəyir ki, “Mənim həyatıma mən qərar vermək istəyirəm”.
Biz isə bəzən bu cümləni eşitmək əvəzinə “ailə məsələsidir”, “valideyn daha yaxşı bilir”, “el adəti belədir” deyərək məsuliyyətdən yayınırıq.
Xeyr.
Uşağın taleyi “el nə deyər” düşüncəsinə qurban verilə bilməz.
Erkən evlilik yalnız toy məclisi deyil. Bu, çox zaman qız uşağının təhsilindən uzaqlaşdırılması, iqtisadi asılı vəziyyətə salınması, psixoloji təzyiq altında yaşaması və öz gələcəyini seçmək imkanının məhdudlaşdırılması deməkdir.
Ən ağrılı məqam isə budur ki, bəzi ailələr bunu “qızımızın gələcəyini düşünürük” adı ilə edirlər.
Halbuki bir qızın gələcəyini düşünmək onun gələcəyini əlindən almaq deyil.
Onun oxumasına şərait yaratmaqdır.
Peşə sahibi olmasına imkan verməkdir.
Öz ayaqları üzərində dayanmasını təmin etməkdir.
Seçim hüququnu qorumaqdır.
Azərbaycan qanunvericiliyində nikah yaşı 18 müəyyən edilib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərlə yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyə məcbur edilməsi, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili və bu məqsədlə müxtəlif mərasimlərin keçirilməsi ilə bağlı məsuliyyət mexanizmləri də sərtləşdirilib.
Deməli, məsələ artıq yalnız mənəvi və sosial problem deyil. Bu, hüquqi məsuliyyət doğuran əməldir.
Amma qanun təkbaşına kifayət etmir.
Çünki qız uşağı polisə, sosial xidmətə və ya sığınacağa çatana qədər bəzən illərlə təzyiq altında yaşayır.
Ona görə də məktəb müəlliminin, qonşunun, qohumun, sosial işçinin, hüquq-mühafizə əməkdaşının və bütövlükdə cəmiyyətin məsuliyyəti var.
Bir qız “məni evləndirmək istəyirlər” deyirsə, ona “ailəndir, özləri bilər” demək olmaz.
Onu dinləmək lazımdır.
Onu qorumaq lazımdır.
Onun yanında dayanmaq lazımdır.
Çünki bu gün sığınacağa qaçan 17 yaşlı qızın hekayəsi sabah başqa bir qızın həyatında təkrarlana bilər.
Mən hesab edirəm ki, erkən və məcburi evliliklə mübarizə yalnız qanunların sərtləşdirilməsi ilə məhdudlaşmamalıdır. Maarifləndirmə ailədən başlamalıdır. Qız uşağının hüququnun “ailəyə qarşı çıxmaq” olmadığı izah edilməlidir.
Əksinə, qızın öz həyatına sahib çıxması sağlam cəmiyyətin göstəricisidir.
Bir qızın toyuna deyil, gələcəyinə sevinməyi öyrənməliyik.
Onun gəlinlik paltarına deyil, diplomuna, peşəsinə, azad seçimlərinə, öz ayaqları üzərində dayanmasına dəyər verməliyik.
Çünki qız uşağı ailənin yükü deyil.
O, gələcəyin qadınıdır.
Və heç kimin onun gələcəyini zorla yazmağa haqqı yoxdur.

Türkiyə lideri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
Peşə təhsilində yeni mərhələ: Bakı və Qubada iki müəssisə yaradılır
Kirayə mənzillərlə bağlı yeni qaydalar qüvvəyə minib
Xameneinin vida və dəfn mərasiminin vaxtı dəqiqləşdi
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşə hazırlaşır
Share This Article
Facebook Email Print
Previous Article İlham Əliyev Ermənistanla yeni nəqliyyat yolları üzərində işləyirik
Next Article Ukraynanın dəniz ixracı təhlükə altında
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?