By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: SOCAR ABŞ-da milyardlıq enerji sərmayəsinə hazırlaşır
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > İqtisadiyyat > SOCAR ABŞ-da milyardlıq enerji sərmayəsinə hazırlaşır
İqtisadiyyat

SOCAR ABŞ-da milyardlıq enerji sərmayəsinə hazırlaşır

Lamiyə Turqay
Last updated: Sentyabr 1, 2026 11:59 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

SOCAR ilə ABŞ-nin “Comstock Resources, Inc.” şirkəti arasında strateji tərəfdaşlığın yaradılması istiqamətində niyyət məktubu imzalanıb.

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, razılaşmaya əsasən, SOCAR “Comstock” şirkətinin “Legacy Haynesville” upstream aktivlərində 20 faiz, “Western Haynesville” upstream aktivlərində isə 15 faiz iştirak payı əldə edəcək.

Bundan əlavə, SOCAR “Pinnacle Gas Services LLC” şirkətində “Comstock”a məxsus 73 faizlik payın 15 faizini alacaq.

“Western Haynesville” aktivlərində SOCAR-ın 15 faizlik iştirak payının investisiyalar üzrə 15 faiz gəlirlilik səviyyəsinə çatdıqdan sonra müəyyən şərtlərlə 7,5 faizə endirilməsi nəzərdə tutulur.

Əməliyyatın ümumi dəyərinin standart alış qiyməti üzrə düzəlişlər nəzərə alınmaqla 1,65 milyard ABŞ dolları olacağı bildirilir. Əməliyyatın maliyyələşdirilməsi ilə bağlı tədbirlərin SOCAR tərəfindən həyata keçirilməsi planlaşdırılır.

Tərəflər yekun alqı-satqı müqaviləsinin 31 oktyabr 2026-cı ilədək imzalanmasını, bütün zəruri dövlət və üçüncü tərəf təsdiqləri alındıqdan sonra isə əməliyyatın 31 dekabr 2026-cı ilədək tamamlanmasını hədəfləyirlər.

Strateji əməkdaşlıq çərçivəsində SOCAR-ın “Comstock” tərəfindən “Legacy Haynesville” və “Western Haynesville” ərazilərində gələcəkdə yaradılacaq yeni imkanlarda da öz iştirak payına uyğun şəkildə təmsil olunması planlaşdırılır.

Tərəflər, həmçinin “Comstock”un hasil etdiyi təbii qazın beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

SOCAR prezidenti Rövşən Nəcəf bildirib ki, tərəfdaşlıq hər iki şirkətin təcrübə və imkanlarının birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, SOCAR “Haynesville” və “Western Haynesville” yataqlarının işlənməsi sahəsində böyük təcrübəyə malik komanda ilə birgə investisiya həyata keçirməkdə maraqlıdır.

Razılaşmaya əsasən, “Comstock” upstream və midstream aktivlər üzrə operatorluğunu və nəzarətini qoruyub saxlayacaq. Şirkət həmçinin “Pinnacle Gas Services LLC”nin idarə edilməsini və əməliyyat nəzarətini davam etdirəcək.

Gələcək işlənmə proqramları, yeni icarə və satınalmalar üzrə SOCAR-ın proporsional iştirakı isə yekun əməliyyat çərçivəsində ayrıca razılaşmalar əsasında müəyyənləşdiriləcək.

m10”da pul köçürmələrinin tarifləri dəyişəcək?
Yanacaq böhranı qlobal təhlükəyə çevrilir
Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb
Fermerlərin kredit yükü azalır: Dövlət faizlərin bir hissəsini öz üzərinə götürəcək.
Azərbaycanda 172 minlik gəmi satışa çıxarılır
Share This Article
Facebook Email Print
Previous Article Azərbaycan Türkiyə ilə 1/8 finalda üz-üzə gələcək
Next Article 35 yaşlı müğənni silahlı hücumda öldürüldü
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?