Sentyabrın 1-i və 2-də Günəşdə partlayış fəallığının əsasən aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. Bununla belə, gücünə görə yüksək səviyyəli hesab olunan M sinifli partlayışların baş verməsi istisna edilmir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, qeyd olunan tarixlərdə Günəşin partlayış aktivliyi aşağı səviyyədə olacaq. Lakin M sinfinə aid partlayışların qeydə alınması ehtimalı mövcuddur.
Qeyd edək ki, Günəşdə rentgen şüalanmasının intensivliyinə əsasən partlayışlar A, B, C, M və X siniflərinə bölünür. A ən zəif, X isə ən güclü partlayışları ifadə edir. M sinifli partlayışlar isə yüksək gücə malik hadisələr hesab olunur.
Günəş partlayışları plazma atılmaları ilə müşayiət oluna bilər. Bu plazma buludlarının Yerə çatması nəticəsində geom maqnit qasırğaları yarana bilər.
Günəşdə güclü partlayışlar baş verə bilər
Şərh edilməmiş
