By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Girnedə batan gəmidə 20 nəfər itkin düşüb
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Girnedə batan gəmidə 20 nəfər itkin düşüb
Dünya

Girnedə batan gəmidə 20 nəfər itkin düşüb

Lamiyə Turqay
Last updated: Sentyabr 1, 2026 12:25 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Şimali Kipr Türk Respublikasının Girne şəhəri sahillərində sərnişin gəmisinin batması ilə bağlı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hadisə zamanı gəmidə Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, itkin düşən 20 nəfərin tapılması məqsədilə genişmiqyaslı axtarışlara Türkiyə Hərbi Dəniz Qüvvələrinin “TCG Işın” xilasetmə və dəstək gəmisi də cəlb olunub.

Hazırda Girne sahillərində axtarışlara bir təyyarə, 5 pilotsuz uçuş aparatı, 7 helikopter, 8 gəmi və 9 qayıq cəlb edilib. Əməliyyatlarda Türkiyədən göndərilən SAT komandoları və hərbi dəniz qüvvələrinin dalğıc qrupları da iştirak edir.

Məlumata görə, “TCG Işın” gəmisi bir kilometrədək dərinlikdə axtarış-xilasetmə əməliyyatları həyata keçirmək imkanına malikdir. Gəminin 514 metr dərinlikdə yerləşən qalıqlarına çatmaq üçün xüsusi təzyiqədavamlı geyimlərdən istifadə edən heyət və sualtı robotlardan yararlanılacaq.

Bu əməliyyatın həm itkin sərnişinlərin, həm də gəminin qara qutusunun aşkarlanmasına imkan yaradacağı gözlənilir.

Hadisə avqustun 30-da Girne ilə Türkiyənin Mersin şəhərində yerləşən Taşucu limanı arasında hərəkət edən “Filo Jet” yüksək sürətli sərnişin gəmisində baş verib. Gəmi Girne limanından yola düşdükdən qısa müddət sonra ön hissədən su almağa başlayıb. Limana qayıtmağa çalışan gəmi daha sonra aşıb.

Gəmidə olan Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov xilas ediliblər. Onların gəminin ekipaj üzvləri olduğu və hadisə ilə bağlı istintaq çərçivəsində kapitan və digər ekipaj üzvləri ilə birlikdə saxlanılaraq məhkəməyə çıxarıldıqları bildirilir.

Qəzadan sonra 241 nəfər xilas edilib, 8 nəfərin cəsədi aşkarlanıb. Hazırda 20 nəfərin taleyi barədə məlumat yoxdur.

Gəminin qalıqlarının dənizin təxminən 514 metr dərinliyində olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma davam edir.

Avropada ekstremal istilər: bir həftədə 1300-dən çox ölüm qeydə alınıb
İlham Əliyev Trampın paylaşımına görə minnətdarlıq bildirdi
Gəncədə hamam otağında partlayış: bir nəfər xəsarət alıb
Reper Navai azadlığa buraxılıb
Voronejdən Başqırdıstana qədər hücum: Neft bazalarında yanğınlar
Share This Article
Facebook Email Print
Previous Article Gədəbəydə 34 illik qətlin təfərrüatı
Next Article Putinlə Pezeşkian Bişkekdə görüşdü
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?