Sentyabrın 1-dən etibarən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, maaş artımı Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin sosial və maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilib.
Prezident İlham Əliyev təşəbbüsü dəstəkləyərək onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Məlumata görə, əməkhaqlarının artırılması TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edir.
Həyata keçirilən islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
