“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Dəyişikliyə əsasən, İdarə Heyətinin səlahiyyətləri genişləndirilib. Bundan sonra İdarə Heyəti İdarənin işçilərinə əməkhaqqından əlavə ödənilən həvəsləndirmə sistemini də müəyyən edəcək.
Fərmanla Nizamnamənin müvafiq müddəasına dəyişiklik edilərək İdarə Heyətinin bu sahədə səlahiyyəti rəsmiləşdirilib.
