Bakının Xəzər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə sentyabrın 3-də Mərdəkan dairəsindən Buzovna qəsəbəsinə gedən yolda, Şağan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 48 yaşlı Mübariz Həmidovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil yolu keçmək istəyən 69 yaşlı Gülarə Abdullayevanı vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılır.
Hadisənin anbaan görüntüləri yayılıb.
