Qərb bölgəsində gecə saatlarından etibarən müşahidə olunan qeyri sabit hava şəraiti Göygöl rayonunda bir sıra problemlərə səbəb olub.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, güclü küləyin təsiri nəticəsində rayon ərazisində bir neçə ağac aşıb. Aşan ağaclardan biri minik avtomobilinin üzərinə düşərək nəqliyyat vasitəsinə ziyan vurub.
Bundan əlavə, Səbuhi Hacıyev küçəsində evakuatorun üzərinə də ağac aşıb. Güclü yağışlar səbəbindən bəzi fərdi yaşayış evlərini su basdığı bildirilir.
Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizlik işləri aparılır, təhlükəsizlik tədbirləri gücləndirilib və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
