By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Azərbaycanda aqrar sahədə yeni qanunvericilik islahatları hazırlanır
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > İqtisadiyyat > Azərbaycanda aqrar sahədə yeni qanunvericilik islahatları hazırlanır
İqtisadiyyat

Azərbaycanda aqrar sahədə yeni qanunvericilik islahatları hazırlanır

Lamiyə Turqay
Last updated: İyun 11, 2026 11:28 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Azərbaycanda aqrar sahədə qanunvericiliyin daha müasir tələblərə uyğunlaşdırılması və sistemləşdirilməsi istiqamətində yeni addımlar atılır. Bu məqsədlə kənd təsərrüfatı sektorunu əhatə edən vahid qanunun qəbul edilməsi nəzərdə tutulur.

İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı danışıb. Müzakirələr “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunub.

Nazirin sözlərinə görə, yeni qanunvericilik çərçivəsində kənd təsərrüfatı fəaliyyəti, kənd təsərrüfatı məhsulu və istehsalçı anlayışları vahid hüquqi sənəddə təsbit ediləcək. Bununla yanaşı, aqrar xidmətlərin təşkili və dövlət dəstəyi mexanizmlərinin hüquqi bazası formalaşdırılacaq.

İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata əsasən, qanunvericilikdə iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmalara da geniş yer veriləcək. Eyni zamanda, balıqçılıq və akvakultura sahəsində uzun illərdir qüvvədə olan qanunların yenilənməsi planlaşdırılır.

Yeni “Balıqçılıq haqqında” qanunun qəbulundan sonra elektron xidmətlərin genişləndirilməsi, qeydiyyat və uçot sisteminin sadələşdirilməsi, idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin bioloji su ehtiyatlarının qorunması və qanunsuz ovçuluğa qarşı mübarizənin gücləndirilməsi əsas prioritetlərdən olacaq.

Nazir bildirib ki, toxumçuluq sahəsində də mühüm dəyişikliklər gözlənilir. “Toxumçuluq haqqında” qanunun beynəlxalq standartlara uyğun şəkildə yenidən hazırlanması planlaşdırılır. Yeni qaydalar sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsini, elektron xidmətlərin artırılmasını və özəl sektorun elit toxum istehsalında iştirakını təşviq edəcək.

Dövlət Proqramında torpaq ehtiyatlarından səmərəli istifadə məsələsi də xüsusi yer tutur. Bu istiqamətdə kənd təsərrüfatı təyinatlı torpaqların parçalanmasının qarşısının alınması, torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi və torpaqların daha məhsuldar istifadəsinin təmin olunması nəzərdə tutulur.

İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmaq məqsədilə “Məhsul şəhadətnaməsi haqqında” yeni qanunun qəbulu da planlaşdırılır. Bu mexanizm kənd təsərrüfatı məhsullarının girov kimi istifadə edilməsinə şərait yaradacaq və fermerlərin dövriyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirəcək.

Məcnun Məmmədov vurğulayıb ki, həyata keçiriləcək normativ hüquqi islahatlar aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafına mühüm töhfə verəcək.

Deputat fermerlərə dəstəkdən danışdı
Prezidentdən qida təhlükəsizliyi ilə bağlı Sərəncam
Azərbaycan Avropanın yeni iqtisadi arxitekturasında aparıcı rol oynayır
Bakıda 90 küçə və prospektdə təmir başa çatıb
DSMF-nin gəlir və xərclərində artım qeydə alındı
Share This Article
Facebook Email Print
Previous Article Göygöldə güclü külək və yağış fəsadlar törətdi: avtomobillərin üzərinə ağac aşdı
Next Article Prezidentdən Bakı ilə bağlı yeni fərman: Qurumlar yenidən təşkil olunur
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?