İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın beynəlxalq axtarışa verdiyi Ənvər Həsən oğlu Tağıyev Ukraynada saxlanılıb və onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Məlumata görə, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayəti törətməsinə, həmçinin aksiz markası ilə markalanmalı olan yükü markalanmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqdan yayınaraq gizləndiyi üçün Tağıyev barəsində beynəlxalq axtarış elan olunub. Keçirilən tədbirlər nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin edilib.
Azərbaycan Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna müraciəti, zəruri sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində onun Azərbaycana ekstradisiyası barədə razılıq əldə olunub.
Hazırda Ənvər Tağıyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb
Şərh edilməmiş
