İlkinxeber.az olaraq bu dəfə həyat mübarizəsi aparan gəncimiz Teymur Mustafayevlə bağlı oxucularımıza müraciət edirik.
Teymurun baş nahiyəsindəki şişin təcili şəkildə götürülməsi və sonrakı reabilitasiyanın aparılması üçün 40 min manat vəsaitə ehtiyac var. Hazırda bu məbləğin 25 mini toplanıb, daha 15 min manat çatışmır.
Müalicənin Rusiyanın Novosibirsk vilayətində yerləşən “Lesnoy Reabilitasiya Mərkəzi”ndə aparılması nəzərdə tutulur. Bildirilir ki, müalicənin gecikməsi Teymurun vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.
İlkinxeber.az olaraq Teymurla görüşüb onun vəziyyəti və yardım çağırışı ilə bağlı video hazırlamışıq. Məqsədimiz bu çağırışı daha çox insana çatdırmaq və gəncimizin müalicəsi üçün tələb olunan vəsaitin qısa zamanda toplanmasına dəstək olmaqdır.
Bəzən böyük bir məbləğin kiçik hissəsi olan 1 manat belə böyük bir həyat mübarizəsinin parçasına çevrilə bilər. Teymurun ayağa qalxması və həyatına davam etməsi üçün gəlin ona birlikdə dəstək olaq.
Teymura necə dəstək ola bilərsiniz?
Beynəlxalq Bank hesabları:
5522-0941-0008-8674 (limitsiz)
5522-0993-8321-3576 (limitsiz)
AzərTürkBank:
4613-8602-0404-2194 (5 limit)
Rabitə Bank:
4189-8000-8440-8911 (5 limit)
4189-8000-8610-1555 (5 limit)
Kartların sahibi: Teymur Mustafayev
Əlaqə: (050) 441-35-74 — Teymur Mustafayev
Ünvan: Hüseyn Seyidzadə 105
Instagram: @teymura.komek.olaq
25 min manat artıq toplanıb, Teymurun müalicəsi üçün daha 15 min manat lazımdır. Bir paylaşımınız, bir manat yardımınız və bu çağırışı yaxınlarınıza çatdırmağınız Teymur üçün böyük ümid ola bilər.
ilkinxeber.az informasiya agentliyindən Teymur üçün yardım çağırışı
Şərh edilməmiş
