İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Cəlilabad rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Cavadxan küçəsindən kənd yollarına çıxış hissəsində qeydə alınıb. Qəza zamanı “Ford” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində hər iki avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və qəza ilə bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, ərazidə işıqforun olmaması və hərəkətin lazımi səviyyədə tənzimlənməməsi qəzanın baş verməsinə səbəb olan amillərdən biri ola bilər.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmadan sonra məlum olacaq.
