İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 20-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar paytaxtın Milli Həmrəylik küçəsində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyətlərlə əlaqədar 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 nömrəli avtobuslar və M8 marşrutu müvəqqəti olaraq alternativ yollarla hərəkət edəcək.
Sərnişinlərə səfərlərini planlaşdırarkən müvəqqəti dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.
Bakıda futbol oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Şərh edilməmiş
