İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, aktrisa Nesrin Cavadzadə vahid məktəbli forması ilə bağlı paylaşımı bəyənməsindən sonra ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.
Aktrisa türklüyünün, müsəlmanlığının və inanclara münasibətinin sorğulanmasını qəbul etmədiyini vurğulayıb.
O, təhqir və hüquq pozuntusu ehtiva edən paylaşımlarla bağlı sübutları vəkillərinə təqdim etdiyini, məsələ ilə əlaqədar Türkiyə məhkəmələrinə müraciət edəcəyini açıqlayıb.
Nesrin Cavadzadə məhkəmə nəticəsində əldə ediləcək təzminatları uşaqların təhsilinə dəstək göstərən qurumlara bağışlamağı planlaşdırdığını da bildirib.
