Oktyabrın 28-30-da yağış, dağlıq ərazilərdə qar gözlənilir
ilkinxeber.az informasiya gentliyi xəbər verir ki, oktyabrın 28-də Azərbaycanın əsasən şərq rayonlarında, 29-30-da isə ayrı-ayrı ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
