Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur. Xəstəxananın direktoru Zaur Xəlilovun verdiyi məlumata görə, sənətçinin səhhəti hazırda qənaətbəxşdir. Zaur Rzayev palata şəraitində müalicəsini davam etdirir. Bildirilib ki, Xalq artistinin yaxın günlərdə xəstəxanadan evə buraxılması gözlənilir.
