İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, avqustun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Paytaxt və Abşeron yarımadasında temperaturun gecə 23-26°, gündüz isə 31-36° isti olacağı proqnozlaşdırılır.
Ölkə rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Temperatur gecə 21-26°, gündüz 34-39°, bəzi yerlərdə isə 40°-dək yüksələcək.
Dağlıq ərazilərdə gecə 14-18°, gündüz isə 23-28° isti hava gözlənilir.
