İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ağdərə rayonunun Papravənd kəndi ərazisində mina partlayışı baş verib.
2005-ci il təvəllüdlü Sərxan Rüstəmzadə atla hərəkətdə olarkən at piyada əleyhinə minaya düşüb. Partlayış nəticəsində Sərxan Rüstəmzadə yüngül xəsarət alıb.
Yaralı ANAMA əməkdaşları tərəfindən ərazidən təxliyə olunaraq aidiyyəti üzrə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ağdərədə mina partlayışı baş verib bir nəfər xəsarət alıb
Şərh edilməmiş
