Bakı metrosunda qatarların hərəkətində yaranan problemin səbəbi açıqlanıb
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Bakı Metropoliteninin “qırmızı xətt”ində qatarların hərəkətində yaranan gecikməyə səbəb “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlığın meydana gəlməsi olub.
“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, nasaz qatarın xətdən çıxarılması üçün köməkçi qatar cəlb edilib. Görülən tədbirlər nəticəsində qısa müddət ərzində “qırmızı xətt” üzrə qatarların hərəkət intervalı bərpa olunub.
Qeyd edilib ki, hadisə zamanı “yaşıl” və “bənövşəyi” xətlər üzrə qatarların hərəkəti qrafikə uyğun davam edib.
Metropoliten yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.
Xatırladaq ki, bir müddət əvvəl “Koroğlu” və “Ulduz” stansiyaları arasında qatarların hərəkətində gecikmə yaranmış, sərnişinlər qatarın təxminən 15 dəqiqə dayandığını bildirmişdilər.
