By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Bu sahədə iş saatlarına dəyişiklik edilir
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Bu sahədə iş saatlarına dəyişiklik edilir
Ölkə

Bu sahədə iş saatlarına dəyişiklik edilir

Lamiyə Turqay
Last updated: Sentyabr 14, 2026 8:37 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş, uçuş və istirahət vaxtının yenidən tənzimlənməsi təklif olunur.

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, hava gəmisi heyətinin iş və istirahət rejimi Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, eləcə də səlahiyyətli qurum tərəfindən müəyyən ediləcək qaydalar əsasında tənzimlənəcək.

Qanunvericilikdə və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda nəzərdə tutulmayan məsələlər isə Əmək Məcəlləsinin müvafiq normaları ilə müəyyən ediləcək.

Təklifə görə, kommersiya hava daşımalarında çalışan hava gəmisi heyətinin iş vaxtı 7, 14 və 28 ardıcıl gün, həmçinin bir təqvim ili üzrə maksimal iş saatları əsasında müəyyənləşdiriləcək.

Uçuş vaxtı isə 28 ardıcıl gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə maksimal uçuş saatları nəzərə alınmaqla tənzimlənəcək.

Hazırda Əmək Məcəlləsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan artıq ola bilməz. Uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib.

Cəmlənmiş iş vaxtı uçotu tətbiq edildikdə gündəlik iş vaxtının 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan artıq olmaması nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, mövcud məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirilməsini çətinləşdirir, bəzi hallarda isə onları iqtisadi baxımdan səmərəsiz edir.

Yeni yanaşma hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi üzrə beynəlxalq standartlara uyğunlaşmanı nəzərdə tutur. Bununla da aviasiya heyətinin iş və istirahət rejiminin daha çevik şəkildə tənzimlənməsi planlaşdırılır.

Dəyişikliklərin qəbul edilməsi yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət imkanlarının artırılmasına və yeni uçuş istiqamətlərinin açılmasına şərait yarada bilər.

Layihə qəbul olunacağı təqdirdə Nazirlər Kabineti tərəfindən kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin uçuş, iş və istirahət vaxtının, eləcə də yorğunluğunun idarə edilməsinin tənzimlənməsinə dair yeni qaydaların təsdiqlənməsi gözlənilir.

Bakıda taksi qiymətləri niyə saatdan-saata dəyişir?
MEDİA, Audiovizual Şura və Mətbuat Şurası Fəxri xiyabanda anım mərasimi keçirib
TDT ölkələrinin dini qurum rəhbərləri Şuşada bir araya gəldi
Azərbaycanda dövlət qurumlarında süni intellektlə bağlı yeni tələblər tətbiq olunacaq
Jurnalist Əvəz Zeynallı vəfat etdi
Share This Article
Facebook Email Print
Previous Article Prezident İlham Əliyev Məhəmməd Əbdülsalamla görüşdü
Next Article Bakı metrosunda nasaz qatar xətdən çıxarıldı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?