İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.
İki gün davam edəcək səfər çərçivəsində Hakan Fidanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.
Görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı, iki ölkə arasında 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq istiqamətində görüləcək işlər, həmçinin enerji və nəqliyyat sahələrində birgə layihələr müzakirə olunacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Şərh edilməmiş
