İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sentyabrın 15-dən etibarən Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək.
Bildirilib ki, vağzalda turniketlərin sayı 35-dən 46-ya çatdırılacaq.
Bakı–Xırdalan istiqamətində hərəkət edən qatarların səfər müddəti 35 dəqiqəyə endiriləcək. Bu istiqamətdə gündəlik reyslərin sayı isə 26-dan 32-yə artırılacaq.
Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı 90-dan 96-ya yüksəldiləcək.
Sərnişinlər üçün ödəniş imkanları da genişləndirilir. Belə ki, turniketlərdə “Visa” kartları ilə yanaşı, “Mastercard” kartları vasitəsilə də NFC təmassız ödəniş etmək mümkün olacaq.
Yeni tədris ilində ADY-dən yenilik
Şərh edilməmiş
